![PHP-Fusion Azerbaycan]()
OpenSource scriptlər bizim istifadəmiz üçün deyil. Çünki biz müəllif hüquqları nədir bilmirik... "Biz" hazıra nazirik... "Biz" oğurlamağı, hər şeyi öz adımıza çıxmağı yaxşı bilirik...
"Biz" hazır scripti qurub, altındakı "powered by filankes" yazısını silərək, dost tanışlar içində filan sayta girərsən özüm yığmışam deyib qürrələnənlərdənik...
Aylarla gecə-gündüz bilmədik. PHP-Fusion scriptini Azərbaycan türkcəsinə tərcümə etdik. Rəsmi dəstək saytı olduq. Azərbaycanın şanlı tarixində ilk dəfə... Azərbaycanı 22 ölkə sırasına daxil ETDİM,
Niyə? Millətim yararlansın deyə. Pulsuz-öarasız və təmənnasız dəstək göstərmək həvəsinə düşdüm. Qurdum sitəni... Modulları tərcümə etdim. Əlimdə tonlarla təcümə olunmuş modul var...
Niyə Paylaşmıram? Niyə də paylaşım ki? Saytınıza qoyub, müəllif adlarını pozub, haqq yeyəsiz deyə? Düzdü gülməlidir hə? Axı hardan biləsiz əmək nədir?
Artıq uzun zamandır ki, əməyin, zəhmətin nə olduğunu unutmuşuq... Axı "biz" quran, yaradan, hazırlayan, əməksevər və alicənab deyilik... "Biz piratıq"... İnanmırsız? O zaman bu linkə tıklayın... Xəbərləri oxuyun... Azərbaycan piratlığın səviyyəsinə görə dünyada 2-3 yerləri bölüşür banqladeşlə... Oxuyun... Bu mənim uydurmam deyil... Utandızmı heç? Bilirəm yox... Ən ayıb odur ki, birinci yerdə Ermənistandır... Bax bu cür tanıyır bizi dünya... Çünki son 100 ildə elə bir kəşf, ixtira, hər hansı əməl və ya hər hansı addım atmamışıq ki, bizim səsimiz daha yaxşı yerlərdən gəlsin... Çünki istəmirik... İstəyənlər var... Bir-iki nəfər onu da siz həvəsdən salırsız... Çox lazımdı mənə saatlarla vaxtımı ayırım sizə? Script tərcümə edim? Kömək edim? Bir halda ki, bunu pulsuz parasız edirəm... Bir dənə rica var ki, o müəllifin adını silməyəsiz... Mən hər fusion quran adamla oturub dava qırğın eləməyəcəm ki, müəllif hüququnu yerə qoy... Bunu siz özünüzü yaxşı dərk edirsiz... Amma nədənsə ya özünüzü eşitməzliyə və ya görməzliyə qoyursuz... Maraqlı sual doğdu ağlınızda hə? "Nə ola rki, pozsaq o copyrighti?"
Siz o copyrighti pozanda mən 21 ölkə içində üzü qara oluram... Ona görə ki, millətimin övladları məni digər ölkələrin dəstək saytları arasında üzü qara edir... Niyə? Ona görə ki, müəllifə hörmət etmirsiniz... Hörmət qarşılıqlı amildir axı... Bunları niyə yazmışam? Çünki bu işi gerçəkləşdirmək üçün düz nə az nə çox bir ilimi itirmişəm... Çox sağolsun Türkiyə dəstək saytının idarəçiləri... Ən çətin anlarda da yanımızda oldular. Xüsusi minnətdarlığımı bildirirəm başda BaRzo abi olmaqla, soulsmasher -ə, p-herd -ə və bütün idarəçilərə...
Dəfələrlə Türkiyə və İngiltərə idarəçiləri ilə görüşərkən belə bir çətinliklə qarşılaşdığımı söyləyirdim onlara...Aldığım cavab belə olurdu...
"Onları qara siyahıya at. Dəstək vermə onlara... Beləcə oğru olduqları üçün rəzil olmuş olarlar, utanarlar əməllərindən həm də 22 ölkənin qara siyahsına düşdükləri üçün dəstək alam bilməyəcəklər heç yerdən... "
Bu da mənlik deyil... Çünki niyyətim faydalı olmaq idi. Yardım etmək idi. Nə özümün nə də başqasının qanını qaraltmaq deyildi... Özü də PULSUZ, PARASIZ, TƏMƏNNASIZ... Bunu Azərbaycanda heç kim etmir...
Az aşım, sakit başım...
Problemlerinizi hell etmek üçün www.php-fusion.co.uk və www.phpfusion-tr.com saytlarına müraciət edə bilərsiniz...
Hər birinizə zamanınızı ayırıb bura gəldiyiniz üçün təşəkkür edirəm. Bilirəm qururnun oduna yaş da yandı... Günahı olmayan çoxlu sayda adam var bilirəm... Amma üzdə olanlar sizdən daha fəal olub həvəsdən sala bildilər... Yəni bu işi davam etdirməm üçün səbəb lazım idi... Başa düşən, dəstək olan insanlara ehtiyac var idi... Olmadı.. Oldusa da az oldu...
Dərin hörmətlə KöLGə
Powered by PHP-Fusion v6.01.15 © 2003-2005
|
|